“Gənclərin milli-mənəvi ruhda tərbiyəsi aktual məsələlərdəndir” - Gündüz İsmayılov

“Gənclərin milli-mənəvi ruhda tərbiyəsi aktual məsələlərdəndir” - Gündüz İsmayılov

Hazırda oxunan: “Gənclərin milli-mənəvi ruhda tərbiyəsi aktual məsələlərdəndir” - Gündüz İsmayılov

641246

“Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması dedikdə, təkcə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasını və yaxud gənclərimiz arasında dilimizə, dinimizə sağlam münasibətin formalaşmasını nəzərdə tutmuruq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. 
 

Onun sözlərinə görə, eyni zamanda, gənclərlə iş istiqamətində, xüsusilə sosial şəbəkələr vasitəsilə bu prosesin aparılması, bununla yanaşı, ailənin və cəmiyyətin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasındakı rolu istiqamətində müzakirələr aparılması vacibdir. 


"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu gün Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi bu tədbir gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə həsr olunub. Söhbət gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsindən gedirsə, burada din xadimlərinin, dini icmaların da rolu olduqca əhəmiyyətlidir.

Bu prosesdə iştirakının müzakirə edilməsi, bu sahədə fəaliyyətimizi daha sıx və daha effektiv şəkildə koordinasiya etmək, eyni zamanda sosial şəbəkələrin və medianın imkanlarından istifadə edərək gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində işimizi daha da gücləndirmək məqsədimizdir.

Biz bu prosesdə, təbii ki, qeyd etdiyim kimi, dini icmaların və din xadimlərinin roluna xüsusi önəm veririk.

Bu baxımdan hesab edirik ki, din xadimlərinin və dini icmaların da işimizin daha da gücləndirilməsinə, bu istiqamətdə fəaliyyətimizin genişləndirilməsinə bu gün olduqca ehtiyac var. Bir sözlə, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması bu gün günümüzün ən aktual məsələlərindən biridir və biz bu istiqamətdə aidiyyəti qurumlarla işimizi daha da gücləndirəcəyik".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO