İctimai nəqliyyatda (xüsusilə müntəzəm avtobus marşrutlarında) mövsümə uyğun olaraq kondisioner, istilik sistemi və havalandırmanın qoşulmaması sərnişinlərin ən çox qarşılaşdığı və narazılıq etdiyi məsələlərdəndir.
Sürücülərin bu sistemləri açmaması yanacağa qənaətdən, yoxsa texniki nasazlıqdan qaynaqlanır?
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobuslarda havalandırma, sərinləndirmə və isitmə sistemlərinin olması qanunvericiliklə müəyyən edilmiş məcburi tələbdir:
"Mövsum başlamazdan əvvəl daşıyıcılara rəsmi xəbərdarlıq olunur"
Qurumdan vurğulanıb ki, sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılar bu standartlara əməl etməyə borcludurlar:
"Avtobusların müasir havalandırma, sərinləndirmə və isitmə sistemləri ilə təchiz olunması Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunmuş tələblərdə əksini tapıb. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılar da həmin qərarda əksini tapan tələblərə mütləq şəkildə əməl etməlidirlər. Hər il yay və qış mövsümü başlamazdan əvvəl daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir, havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə və isitmə sistemlərinin işlək vəziyyətə gətirilməsi və temperaturuna uyğun tənzimlənməsi tapşırığı verilir".
AYNA-dan vətəndaşlara da müraciət olunub:
"Bu kimi hallarla (sistemlərin qoşulmaması və ya işləməməsi) qarşılaşan sərnişinlər AYNA-nın 141 Çağrı Mərkəzinə zəng edərək məlumat verə bilərlər".
Ayşəm Rüstəmli, Bizim Media

- A-
- A
- A+
Cəmiyyət
15:20 / 06.10.2026
“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB
Hazırda oxunan: “Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB
Hazırda oxunan: “Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB
640709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































