Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Hazırda oxunan: Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

640383

Bu gün Cəbrayıl Şəhəri Günü münasibətilə müxtəlif mədəni tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumi təhsil məktəbində təşkil olunub.

Proqram çərçivəsində əvvəlcə uşaqlar üçün “Səyyar Kukla Teatrı”nın təqdimatında əyləncəli və maarifləndirici tamaşa nümayiş etdirilib.

Uşaqlar həm kukla teatrını izləyiblər, həm də müxtəlif sualları cavablandırıblar. Daha sonra azyaşlılar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib.

 

Günün proqramı konsertlə davam edib. Öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi anılıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistlərinin və rəqs ansamblının iştirak etdiyi konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar səsləndirilib, milli rəqslər təqdim olunub.

 

Tədbirlər Cəbrayıl şəhərinin tarixi-mədəni irsinin təbliği, uşaqların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və şəhərin mədəni həyatının canlandırılması məqsədinə xidmət edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO