“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Hazırda oxunan: “Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

639439

“Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb”.

Bizim.Media xəbər verir ki, bunu Globalinfo.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib.

O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:

“Hazırda evdəyəm, heç yerə getmirəm, gedə də bilmirəm. Açığı, gəzə bilmirəm. Sağlamlığımda yaranan problemlə bağlı ancaq evdə oluram”.

Qeyd edək ki, 86 yaşlı A.Şərifov ötən il insult keçirib. Bir müddət müalicə aldıqdan sonra onun səhhətində müəyyən irəliləyişlər olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO