DSX-nin Xüsusi Məktəbində yeni tədris ili başladı - FOTO

DSX-nin Xüsusi Məktəbində yeni tədris ili başladı - FOTO

Hazırda oxunan: DSX-nin Xüsusi Məktəbində yeni tədris ili başladı - FOTO

636824

Sentyabr ayının 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, DSX-dən verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Çıxışlarda Xüsusi Məktəbdə təlim-tərbiyə prosesinin müasir tələblər əsasında təşkili, kursantların hərtərəfli inkişafı, onların yüksək nəzəri biliklərə, möhkəm intizama və zəruri hərbi vərdişlərə yiyələnməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.


Qeyd edilib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısı gənc nəslin müasir biliklərə sahiblənməsi, vətənpərvərlik ruhunda formalaşması və gələcək fəaliyyətə yüksək səviyyədə hazırlanması üçün geniş imkanlar yaradılıb.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə və gənclərin inkişafına göstərdikləri diqqətin bu sahədə əldə olunan uğurların əsasını təşkil etdiyi xüsusi vurğulanıb.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Xüsusi Məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi, kursantların intellektual və fiziki hazırlığının təkmilləşdirilməsi, onların hərbi nizam-intizam, etik davranış və yüksək mənəvi keyfiyyətlər əsasında yetişdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Bildirilib ki, Xüsusi Məktəbdə yaradılmış müasir tədris və məişət şəraiti kursantların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, onlarda Vətənə, dövlətə və xalqa sədaqət hisslərinin möhkəmləndirilməsinə xidmət edir.
 

Burada təhsil alan kursantların gələcəkdə dövlət sərhədlərimizin etibarlı mühafizəsinə layiqli töhfə verəcək peşəkar və nümunəvi sərhədçi zabitlər kimi formalaşacaqlarına əminlik ifadə edilib.


Tədbirdə iştirak edən valideynlər Xüsusi Məktəbdə yaradılmış şəraitə və hər tərəfli qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Valideynlər kursantlara yeni tədris ilində uğurlar arzulayaraq onlara intizamlı və nümunəvi olmağı tövsiyə ediblər.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO