Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Hazırda oxunan: Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

632398

Bu ilin I yarımili üzrə (yanvar-iyun) Azərbaycanda qida zəhərlənmələri ilə bağlı 197 müraciət olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, həmin müraciətlərdən 67-si öz təsdiqini tapıb.

Həmin müddətdə baş verən hadisələrdə 390 nəfər qida zəhərlənməsi ilə əlaqəli qeydiyyata alınıb.
 

Təsdiq olunmuş qida zəhərlənməsi ilə zərərçəkənlərin sayı altı ay üzrə 195 nəfər olub. Zəhərlənənlərin sayı daha çox iyun ayında qeydə alınıb. Belə ki, həmin ay 62 nəfərin qidadan zəhərləndiyi təsdiq olunub. Yanvar ayında bu göstərici 20, fevralda 23, martda 17, apreldə 39, mayda 34 olub.

 

Ümumilikdə hesabat dövründə zəhərlənmə səbəbindən ölüm faktı qeydə alınmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO