Azərbaycanda da hamı bundan alır – Amma gərəksiz imiş

Azərbaycanda da hamı bundan alır Amma gərəksiz imiş

Hazırda oxunan: Azərbaycanda da hamı bundan alır Amma gərəksiz imiş

631810

Smartfon kameraları üçün satılan qoruyucu şüşə və bamperlər istifadəçilərə faydadan çox zərər vurur.

Bizim.Media xəbər verir ki, bu barədə “BGR” nəşri araşdırma dərc edib.

Mütəxəssislər bildirirlər ki, kameranın üzərinə taxılan bu əlavə aksessuarlar çəkiliş keyfiyyətini hiss olunacaq dərəcədə aşağı salır. Xüsusilə kadrlarda arzuolunmaz parıltıların yaranmasına, fokuslanmanın zəifləməsinə, eləcə də gecə rejimi və sensorun düzgün işləməməsinə səbəb olur.
 

Məqalədə vurğulanır ki, müasir smartfonların obyektivləri istehsal mərhələsindəcə kifayət qədər dayanıqlı şüşələrlə təchiz edilir. Əlavə xərc çəkib şüşə almaq əvəzinə, cihazı qum, toz və metal qırıntıları kimi maddələrdən uzaq tutmaq və linzanı vaxtaşırı yumşaq dəsmalla təmizləmək tövsiyə olunur.


Bundan başqa, ekspertlər uzunluğu 3 metrdən çox olan şarj kabellərini almaqdan çəkinməyi məsləhət görürlər. Bu növ uzun kabellər enerjidoldurma zamanı cihazın həddindən artıq qızmasına yol açır və məlumat ötürülməsinin sürətini əhəmiyyətli dərəcədə azaldır. (Globalinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO