Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Hazırda oxunan: Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

628249

"Peşə təhsili alanlarla bağlı hərbi xidmətdən möhlət hüququnda dəyişiklik nəzərdə tutulmur".

Bizim.Media “AzEdu.az”a istinadla xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı jurnalistlərin sualını cavablandırarkən deyib.
 

Onun sözlərinə görə, hazırda ümumi təhsil bazasından peşə təhsili müəssisələrinə qəbul olunan və 20 yaşadək olan şəxslər hərbi xidmətdən möhlət hüququndan istifadə edirlər.


Direktor bildirib ki, digər təhsil bazalarından və fərqli kateqoriyalar üzrə qəbul olunan şəxslərlə bağlı mövcud qaydalarda hər hansı dəyişiklik nəzərdə tutulmur.

"Hazırda qüvvədə olan qaydalar tətbiq edilir. Gələcəkdə bu məsələ ilə bağlı zərurət yaranarsa, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıla bilər. Lakin hazırda bununla bağlı hər hansı dəyişiklik gündəmdə deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO