Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

Hazırda oxunan: Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

627803

Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Bakının Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrut fəaliyyətə başlayır.

Bizim.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
 

"Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı "BakuBus" MMC-dir.


Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,5 AZN müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO