Ruslan Abdullayev vəzifəsindən azad edildi – FOTO

Ruslan Abdullayev vəzifəsindən azad edildi – FOTO

Hazırda oxunan: Ruslan Abdullayev vəzifəsindən azad edildi – FOTO

622941

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.

Bizim.Media “qaynarinfo.az”a istinadla xəbər verir ki, onun dövlət qurumlarının birində vəzifəyə təyin olunacağı gözlənilir.
 

Qeyd edək ki, Ruslan Abdullayev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışan Zaur Əliyevin kadrı sayılırdı. İllər əvvəl Zaur Əliyevin müvafiq əmri ilə sözügedən vəzifəyə təyin edilmişdi.


Xatırladaq ki, Prezident İlham Əliyevin martın 19-da müvafiq fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

Fərmanla İTSDA və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO