Kürdəmirdə mağaza yanaraq külə dönüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Atakişili kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Tural Məmmədova məxsus ümumi sahəsi 80 kv.metr olan mağaza içindəki mallar ilə birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.
Yanğının elektrik naqillərində yaranan qısa qapanmadan baş verdiyi bildirilir. Mağaza sahibinin sözlərinə görə, yanğın zamanı ona 60 min manata yaxın ziyan dəyib.
Fakt araşdırılır.


Bizim Media, Aran bürosu


































































































