Plana düşən evlərlə bağlı YENİ TƏKLİF – Əlavə kompensasiya verilə bilər

Plana düşən evlərlə bağlı YENİ TƏKLİF – Əlavə kompensasiya verilə bilər

Hazırda oxunan: Plana düşən evlərlə bağlı YENİ TƏKLİF – Əlavə kompensasiya verilə bilər

621291

“Paytaxtda plana düşdüyü üçün sökülən mənzillərə görə kompensasiya hesablanarkən bir neçə faktor nəzərə alınmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, sökülən mənzillərin qiymətlərinin tənzimlənməsi ilə bağlı bir neçə təklif irəli sürülüb:

"Burada təkcə bazar dəyərindən söhbət gedə bilməz. Narahatlığa, sosial faktorlara və itkilərə görə əlavə kompensasiya hesablanmalıdır. İnsanlar başqa yerə köçməklə həm narahat olur, həm öz yaşayışını, işini itirir. Çünki biri yaxın, biri uzaq məsafəyə köçür. İnsanlara dəyən zərər, sosial və birbaşa faktorlar müxtəlifdir. Ona görə də bu faktorların hər birini qiymətləndirici qiymətləndirib, rəy verməlidir. Yəqin ki, bu məsələ yaxın zamanlarda həllini tapar".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO