Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

Hazırda oxunan: Qusarda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - FOTO

619883

İyunun 17-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrinin rəhbərləri və digər tibb işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Bizim.Media xəbər verir ki, icra başçısı Sahir Məmmədxanov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, insan həyatının və sağlamlığının keşiyində durmaq ən şərəfli, eyni zamanda ən məsuliyyətli missiyalardan biridir.

Qeyd edilib ki, son illərdə Azərbaycanda səhiyyənin inkişafı dövlətin sosial siyasətinin əsas istiqamətlərindəndir.

Yeni tibb müəssisələrinin tikilməsi, mövcud infrastrukturun yenilənməsi, müasir diaqnostika və müalicə avadanlıqlarının quraşdırılması, tibb kadrlarının peşəkarlığının artırılması sahəsində atılan addımlar vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxışını genişləndirib.
 

Qusar rayonunda da səhiyyə ocaqlarının maddi-texniki bazası gücləndirilir, əhaliyə göstərilən ilkin və ixtisaslaşmış tibbi yardımın səviyyəsi yüksəldilir. İcra başçısı bu çətin və şərəfli iş sahiblərinə-tibb işçilərinə möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar arzulayıb.


Tibb işçiləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, vətəndaşların sağlamlığının qorunması missiyasını bundan sonra da sədaqətlə yerinə yetirəcəklərini vurğulayıblar.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO