Tələbələrə şad xəbər -Bu ixtisası bitirənlər...

Tələbələrə şad xəbər -Bu ixtisası bitirənlər...

Hazırda oxunan: Tələbələrə şad xəbər -Bu ixtisası bitirənlər...
619531
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda tədris planına yeni ixtisas əlavə olunub. Belə ki, “Daşınmaz əmlakın idarə olunması” ixtisası bu ildən bakalavriat səviyyəsində universitetlərdə tədris ediləcək.

Bu qərara səbəb nədir? Hansı ali təhsil müəssisələrində tədris olunacaq?

Bizim.Media xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi “Globalinfo.az”a danışıb.

O deyib ki, əvvəllər mövcud olan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası mahiyyət etibarilə yeni yaradılan ixtisasla müəyyən uyğunluq təşkil edir:

“Bu ixtisas Bakı Dövlət Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, eləcə də bölgələrdə Azərbaycan Dövlət Aqrar Universiteti və Naxçıvan Dövlət Universitetində tədris olunurdu. Yeni ixtisasın yaradılması əmək bazarında bu sahə üzrə kadr tələbatının artması ilə bağlıdır. Böyük ehtimalla, hazırda kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasının adı dəyişdiriləcək və ya olduğu kimi saxlanılacaq.

“Daşınmaz əmlakın idarə olunması” isə ayrıca ixtisas kimi fəaliyyət göstərəcək”.

Ekspert bildirib ki, bu ixtisasın gələcəkdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali təhsil müəssisələrində tədris olunacağı gözlənilir:

“Mahiyyət etibarilə, onu daşınmaz əmlak sahəsində menecment istiqaməti kimi də qiymətləndirmək olar. Çünki hazırda ölkədə çoxsaylı daşınmaz əmlak şirkətləri fəaliyyət göstərir və onların səmərəli idarə olunması üçün peşəkar kadrlara ehtiyac var. Bu ixtisas üzrə məzunlar da əsasən həmin müəssisələrdə iş imkanları əldə edə biləcəklər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO