Prezidentin 3 gün ərzində 2 dəfə təltif etdiyi şəxs kimdir?

Prezidentin 3 gün ərzində 2 dəfə təltif etdiyi şəxs kimdir?

Hazırda oxunan: Prezidentin 3 gün ərzində 2 dəfə təltif etdiyi şəxs kimdir?
616040
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Asəf Hacıyevi “Şöhrət” ordeni ilə təltif edib. 3 gün öncə isə Asəf Hacıyev elm sahəsi üzrə Dövlət mükafatına layiq görülmüşdü.

Bizim.Media “axar.az”a istinadla xəbər verir ki, Asəf Hacı oğlu Hacıyev 29 may 1951-ci ildə Gəncə şəhərində anadan olub.

1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət universitetində namizədlik (riyaziyyat üzrə fəlsəfə doktoru), 1993-cü ildə N.Bauman adına Moskva Dövlət Texniki Universitetində elmlər doktoru dissertasiyalarını uğurla medafiə edib. Fizika-riyaziyyat elmləri doktoru, professordur.

2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Aparıcı elmi nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir.

İngilis, rus və türk dillərində sərbəst danışır. Ümumdünya Elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolıstan Milli Elmlər Akademiyasının üzvüdür.

1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Lenin komsomolu mükafatına layiq görülmüşdür.

1979-cu ildən Azərbaycan EA-nın Kibernetika (İdarəetmə Sistemləri) İnstitutunda çalışır, 1996-cı ildən şöbə müdiridir. Dünyanın tanınmış elmi mərkəzlərinin dəvəti ilə (ABŞ – Berkli, C. Vaşinqton, Cənubi Kaliforniya, Linkoln universitetləri), İsveç (Kral Texnologiya İnstitutu, Stokholm, Çalmers universitetləri), Almaniya (Münhen, Humbolt universitetləri), Portuqaliya (Lisbon, Nova universitetləri), Çin (Çenqdu, Honq-Konq Siti universitetləri) Türkiyə (Boğaziçi, Ortadoğu, Koç universitetləri) orada mühazirələr və elmi araşdırmalar aparmışdır.

2001–2015-ci illərdə Bakı Dövlət Universitetinin Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri olmuşdur, 2019-cu ildən BDU-nun Himayəçilər Şurasının üzvüdür.
 

1996–2014-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, 2006–2008 və 2011–2013-cü illərdə QDİƏT PA-nın vitse-prezident vəzifəsinə seçilmişdir. 2015 və 2020-ci illərdə iki dəfə ardıcıl QDİƏT PA baş katibi seçilmişdir.

2008-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP), 2010-cu ildən YAP Siyasi Şurasının üzvüdür.
Evlidir, 3 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO