Bu şəxslərə hər ay 100 manat pul veriləcək – Əli Əsədovdan QƏRAR

Bu şəxslərə hər ay 100 manat pul veriləcək – Əli Əsədovdan QƏRAR

Hazırda oxunan: Bu şəxslərə hər ay 100 manat pul veriləcək – Əli Əsədovdan QƏRAR

614634

Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, bu vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödənilir.
 

Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları ilə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün isə 50 manat məbləğində əlavə vəsait ödənilir.


Bu Qərar işğaldan azad edilmiş ərazilərində xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə şamil edilmir.

Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO