Bakı şəhər Səbail rayonu ərazisində avtomobildən açılıb düşən ehtiyat hissə digər hərəkət iştirakçılarına təhlükə yaradıb və bir maşına ciddi zərər vurub.
Bizim.Media xəbər verir ki, hadisəyə dair görüntüləri Rəşad Məmmədli adlı şəxs sosial şəbəkədə paylaşıb.
O bildirib ki, hadisə aprelin 27-si Mikayıl Müşfiq küçəsində qeydə alınıb:
“Saat 19:09 radələrində Qurd qapısından Bakı Şəhər Yol Polis İdarəsinə gedərkən əks tərəfdən gələn “Nissan Patrol”un baqaj hissəsində yerləşən ehtiyat təkərin qapaq hissəsi maşından düşərək mənim idarə etdiyim “Hyundai Grandeur” markalı avtomobilimin ön hissəsinə ciddi zərər vurdu. Bununla yanaşı, sağ zolaqda olan digər maşına da zərər dəydi. Lakin həmin avtomobil hazırkı vaxtadək tapılmayıb. Halbuki baş vermiş hadisə yol qəzası sayılmalıdır”. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:08 / 13.05.2026
“Nissan Patrol”dan düşən təkər qapağı yolda təhlükə yaratdı – VİDEO
Hazırda oxunan: “Nissan Patrol”dan düşən təkər qapağı yolda təhlükə yaratdı – VİDEO
Hazırda oxunan: “Nissan Patrol”dan düşən təkər qapağı yolda təhlükə yaratdı – VİDEO
612867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































