Ukraynadan 33 tələbə Azərbaycana gətirildi – FOTO

Ukraynadan 33 tələbə Azərbaycana gətirildi – FOTO

Hazırda oxunan: Ukraynadan 33 tələbə Azərbaycana gətirildi – FOTO

611731

Ukraynadan 33 tələbə Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin ediliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, 8 günlük sosial reabilitasiya proqramı çərçivəsində onların bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlərə, ustad dərslərinə cəlb olunması nəzərdə tutulub.

Həmçinin, ukraynalı gənclərə Azərbaycan mədəniyyəti və incəsənəti, ölkəmizin tarixi və görməli yerləri, milli mətbəxlə yaxından tanış olmaq imkanı yaradılıb.

Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, ötən dövrdə Ukraynadan 400-ə yaxın uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO