Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlandı – FOTO

Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlandı – FOTO

Hazırda oxunan: Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlandı – FOTO

607495

Neftçala rayonu, Birinci Qaralı kəndində fəaliyyət göstərən, fiziki şəxs Əhəd Maqsud oğlu Əskərova məxsus marketdə tərəfindən plandankənar yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı marketdə bir sıra nöqsanlar müəyyən edilib, yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb.

Həmçinin obliqat qrupuna aid işçinin tibbi müayinədən keçmədiyi məlum olub.

Fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, tibbi müayinədən keçməyən işçinin kənarlaşdırılması və istehlaka yararsız məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO