Azərbaycanda iş adamı HƏBS EDİLDİ

Azərbaycanda iş adamı HƏBS EDİLDİ

Hazırda oxunan: Azərbaycanda iş adamı HƏBS EDİLDİ
579071
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "Baza Hotel Spa" mehmanxanasının müdiri saxlanılıb.

Bizim.Media xəbər verir ki, 1990-cı ildə Bakı şəhərində anadan olmuş Nicat Sadıqzadə hoteli əxlaqsızlıq yuvası kimi istifadə etməkdə ittiham olunub.

Onunla bərabər hotelin qeydiyyatçısı, 2000-ci il təvəllüdlü Turxan da saxlanılıb. Onların Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Nicat Turxana hoteldə qalmaq üçün gələn adi müştərilərə otağın gününü 50 manatdan verməyi, dincəlmək üçün qadınla gələn kişi müştərilərə isə 70 manata verməyi tapşırıb. Turxan müştərilərdən aldığı pulları Nicata verib.
 

Nicat Sadıqzadə məhkəmədə özünü qismən təqsirli bilib və ifadəsində göstərib ki, hotel faktiki olaraq onun bibisi oğlu Fərid Sadıqzadəyə məxsusdur. Bibisi oğlu Fərid qeyd olunan hotelin idarəsini ona həvalə edib.


Həmçinin qeyd edib ki, Turxanı yaxşı təlimatlandırmadığından müdir olduğu hotel əxlaqsızlıq yuvası kimi istifadə edilib. Buna görə özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə Nicat Sadıqzadə və Turxana 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onlara Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub və bir il sınaq müddəti hesab edilməklə, cəza şərti hesab olunub. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO