Bu gün vəzifəsindən azad edilən İlqar Abbasov kimdir? – DOSYE

Bu gün vəzifəsindən azad edilən İlqar Abbasov kimdir? – DOSYE

Hazırda oxunan: Bu gün vəzifəsindən azad edilən İlqar Abbasov kimdir? – DOSYE
577037
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər veridyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.

Bizim.Media İlqar Abbasovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! İlqar Abbasov vəzifəsindən azad edildi – SƏRƏNCAM


Abbasov İlqar Rza oğlu 11 aprel 1975-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olub.

O, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 

İlqar Abbasov 25.11.1996-cı il tarixdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında daimi qulluğa qəbul olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunda, Lənkəran və Səbail rayon prokurorluqlarında, Baş Prokurorluq və Bakı şəhər prokurorluğunda prokuror köməkçisi və idarə prokuroru, o cümlədən, Baş prokurorun köməkçisi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, Bakı şəhər prokuroru kimi vəzifələrdə çalışıb.
 

05 avqust 2014-cü ildə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) ali xüsusi rütbəsi verilib. 28.09.2018-ci il tarixində “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunub.


15 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub və ona general-mayor ali hərbi rütbəsi verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO