''Anbarlarda tonlarla pomidor xarab olur'' - SAHİBKAR

''Anbarlarda tonlarla pomidor xarab olur'' - SAHİBKAR

Hazırda oxunan: ''Anbarlarda tonlarla pomidor xarab olur'' - SAHİBKAR

5282

Bildiyiniz kimi Rusiya dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Məhz bu qadağadan sonra istehsalçıların min tonlarla pamidor məhsulu anbarlarda qalıb.

Bunları Bizim.Media-ya “Buta Aqro” MMC-nin rəhbəri Bəşir Quliyev deyib.

Deyir ki, Rusiya Azərbaycanın pamidoruna qoyduğu qadağası 3-4 günə ləğv olunmazsa məhsullar anbarda xarab olacaq. 

“Baxmayaraq ki, qadağa dekabr 10-dan qüvvəyə minib. Dekabr ayının 8-dən yollanan məhsullar Rusiya tərəfindən qəbul edilməyib. Maşınlar geri qayıtdı. Məhsullar müəssisələrin anbarlarında toplandı. Hər gün də yeni məhsullar yığımı olur. Pamidor elə məhsuldur ki, onun istehsalını dayandırmaq olmur. Gərək onda istehsalı ümumiyyətlə saxlayasan. Bu da çoxlu sayda insanların işini itirməsi, yüksək həcmdə invistesiyaların batması deməkdir. Sahibkar kreditlər götürüblər, satış olmasa onların, banklara borcları çoxalacaq. Bu da sahibkarların müflisləşməsi ilə nəticələnə bilər”.

Bəs indiki vəziyyətdə yerli pamidorlarımızı başqa bazarlara çıxarda bilərik sualına cavab olaraq Bəşir Quliyev deyir ki, digər bazarlar bizim üçün ənənəvi deyil. Bizim başqa bazarlarda payımız yoxdur:

“Nəzərə alaq indi qış mövsümüdür. Hansısa bazardan az ehtiyacla təklif tələb olsa belə, ixracın təşkili üçün lazımi imkan yoxdur. Avopaya məhsul daşımaq üçün xüsusi AVRO 6 tirləri olmalıdır. Sürücülər seçilmiş olmalıdır. Hazırda məhsulumuz anbarlarda qalıb, onu Avropaya çatdırmağa imkan yoxdur”.

MÖVZU İLƏ BAĞLI:

Rusiya yenə “pomidorla vurdu”


Sahibkar deyir ki, bizim təxminən 180 min ton pamidor ixrac etmək potensiallımız var. 180 min ton pamidorun təxminən 20 % ixracı payız mövsümünə düşür. Yerdə qalan ixrac isə yaya qalırdı. Bu da o deməkdir ki, 145-150 min ton pamidor məhsulu eksport olmayacaq:

“Rusiya bazarı açılmasa müəssisələr istehsalı dayandıracaqlar. Qış aylarında başqa bir bazar tapmaq, ora məhsul göndərmək mümkün olmayacaq. Ümidimz qadağanın ləğv olunmasınadır. Deyirlər ki, hökümətimiz əks tərəflə danışıqlar aparır ki, məsələ həllini tapacaq. Bizim gözləməyə çox vaxtımız yoxdur. Qadağa 3-4 gün ərzində həll olunmasa yığılmış məhsullar xarab olacaq”. 

Bəşir Quliyev bildirir ki, alma ixracı ilə bağlı vəziyyət o qədər də təhlükəli deyil: 

“Almada vəziyyət fərqlidir. Alma anbarda saxlanılan məhsuldur. Anbarlarda saxlamaq da olar, başqa bazarlara göndərmək də. Pamidor isə  tez xarab olan məhsuldur. Pamidorun istehsalı almadan qat-qat çoxdur. Meyvə -tərəvəz sektorunda lider sahə pamidorun istehsalıdır. Təbii  ki, istehsalçı istəyər ki, onların məhsulları digər bazarlara çıxa bilsin. Təssüflər olsun ki, coğrafi və ənənəvi bazardan asılı olaraq yeganə bazarımız  Rusiyadır”. 

Məsələylə bağlı Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda Rusiyanın müvafiq qrumu ilə danışıqlar davam etdirilir, problemin detalları araşdırılır. Yaxın günlərdə məsələyə tam aydınlıq gətiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycanın pomidor yetişdirənləri üçün ən böyük bazarı Rusiyadır. Elə təkcə 2020-ci ildə yanvar-sentyabr aylarında Azərbaycan pomidorunun 98% - ni Rusiya bazarına satılıb. Bu dövrdə Rusiya 152.21 min tona yaxın pamidor alaraq idxal həcmini 15 faiz artırıb. 

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO