
- A-
- A
- A+
Cəmiyyət
22:26 / 28.11.2021
1 dəq oxunma
Tovuzda ağır qəza: 1 nəfər öldü, 2-si yaralandı - FOTO
Hazırda oxunan: Tovuzda ağır qəza: 1 nəfər öldü, 2-si yaralandı - FOTO
48092
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Tovuzda 1 nəfərin ölümü 2 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın Qərb bölgəsi üzrə müxbirinin məlumatına görə, hadisə rayonun girişində Olimpia kompleksinin qarşısında qeydə alınıb.
Hərəkətdə olan iki "VAZ 2106" markalı avtomobillər toqquşub.
Qəza zamanı 31 yaşlıTovuz sakini Fərxri Əfəndiyev dünyasını dəyişib. Hadisə zamanı Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə baş verən yerdə dəfələrlə ağır yol qəzaları baş verib.
Cümşüd Məmmədov, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































