Xaçmazda “Xaşxaş” əməliyyatı - Bir nəfər tutuldu

Hazırda oxunan: Xaçmazda “Xaşxaş” əməliyyatı - Bir nəfər tutuldu

28910

Xaçmazda narkotik bitkilərin yetişdirilməsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bizim.Media Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Niyazoba kəndinin sakini Sarxan Ərzimanov saxlanılıb.

Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin  yaşadığı Niyazoba kəndindəki özünəməxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 74  ədəd yaş, 2 ədəd quru vəziyyətdə çətənə bitkisi aşkar olunaraq götürülüb.

Bundan əlavə olaraq S.Ərzimanovun yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqramdan artıq olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı istintaq aparılır.

Aytəkin Alxaslı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO