
- A-
- A
- A+
Cəmiyyət
09:18 / 19.09.2025
1 dəq oxunma
Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı-qardaş həlak oldu - FOTO
Hazırda oxunan: Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı-qardaş həlak oldu - FOTO
271251
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının Şovu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil məktəbə gedən şagirdlər – 2017-ci il təvəllüdlü Gülay Əlizadə və 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub.
Uşaqlar ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Meyitlər ailələrinə təhvil verilib.
Məlumata görə, qəzanı törədən avtomobil toqquşmadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün




































































































