Yeni təklif: 70 yaşdan sonra pensiyalar 200 faiz artırılsın

Yeni təklif: 70 yaşdan sonra pensiyalar 200 faiz artırılsın

Hazırda oxunan: Yeni təklif: 70 yaşdan sonra pensiyalar 200 faiz artırılsın
258994
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Dövlət Dumasının deputatı və Əmək Komitəsinin rəhbəri Yaroslav Nilov hazırda olduğu kimi 80 yaşından deyil, 70 yaşından pensiyaya əlavələrin ödənilməsini nəzərdə tutan qanun layihəsinin işlənib hazırlandığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, TASS bu barədə hökumətə göndərilmiş sənədə istinadən məlumat yayıb.

Söhbət 70 yaşa çatdıqda yaşa görə sığorta pensiyasına sabit ödənişin 100 faiz, 80 yaşa çatdıqda 200 faiz, 90 yaşa çatdıqda isə 300 faiz artırılmasından ibarətdir. Həmçinin, birinci qrup əlillər üçün əlilliyə görə sığorta pensiyasına sabit ödənişin 200 faizə bərabər məbləğdə artırılması təklif edilir.

Nilovun fikrincə, sabit ödənişin hazırkı ölçüsü (2025-ci ildə 8907,7 rubla bərabərdir) çox kiçikdir və müəyyən edilmiş yaş həddi "yaşlı vətəndaşların əhəmiyyətli bir hissəsinə bu hüquqdan istifadə etmək imkanı vermir". Deputat qeyd edib ki, Rusiyada kişilərin cəmi 24,6 faizi, qadınların 54 faizi 80 yaşa, 16 və 34 faizi isə 90 yaşa qədər yaşayır. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO