Şəkidə avtomobil ağaca çırpıldı – Xəsarət alan var - FOTO/VİDEO

Şəkidə avtomobil ağaca çırpıldı – Xəsarət alan var - FOTO/VİDEO

Hazırda oxunan: Şəkidə avtomobil ağaca çırpıldı – Xəsarət alan var - FOTO/VİDEO
258331
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki-Kiş yolunda hərəkətdə olan avtomobil döngədə idarəetmədən çıxaraq qəza törədib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Kiş kəndi ərazisində yerləşən Soyuqbulaq istirahət mərkəzi yaxınlığında qeydə alınıb.

Belə ki, 29 yaşlı Mustafa Qeybullayev idarə etdiyi avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq qarşıdakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının köməyi ilə sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.



Şəkidə avtomobil ağaca çırpıldı – Xəsarət alan var - FOTO/VİDEO - foto 1

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO