Biləsuvarda ağır qəza: 2 ölü, 2 yaralı var - FOTO

Biləsuvarda ağır qəza: 2 ölü, 2 yaralı var - FOTO

Hazırda oxunan: Biləsuvarda ağır qəza: 2 ölü, 2 yaralı var - FOTO
254844
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvar rayonunun Ağalıkənd kəndi yaxınlığında qeydə alınan yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

Bizim.Media xəbər verir ki, ilkin məlumata əsasən, Cəlilabad rayonunun Alar kənd sakininə məxsus “Hyundai” markalı avtomobil ötmə qaydasını pozaraq qarşı yola çıxıb və bu zaman Biləsuvar rayonunun Ovçubərə kənd sakini Elxan Feyziyevə məxsus “VAZ 2107” markalı avtomobillə toqquşub.
 

Toqquşma nəticəsində “VAZ 2107”də olan ailə üzvlərindən sürücü və onun azyaşlı nəvəsi hadisə yerində həyatını itirib.


Avtomobildə olan sürücünün oğlu və yeznəsi isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda ağır qəza: 2 ölü, 2 yaralı var - FOTO - foto 1
Biləsuvarda ağır qəza: 2 ölü, 2 yaralı var - FOTO - foto 2


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO