İtkin düşmələrindən 1 həftə keçdi... – FOTO

İtkin düşmələrindən 1 həftə keçdi... – FOTO

Hazırda oxunan: İtkin düşmələrindən 1 həftə keçdi... – FOTO
245662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində itkin düşən yeniyetmə qızlar hələ də tapılmayıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, həmin gün saat 20:00 radələrində itkin düşən 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynovanın yerini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
 

Dayı qızı-bibi qızı olan yeniyetmələrin axtarışları hazırda polis əməkdaşları tərəfindən davam etdirilir.


Bildirilir ki, itkin düşən qızlar yaşadıqları qəsəbədə heç bir kameraya düşməyiblər. Onların evdən çıxanda hansı istiqamətə getdiklərini müşahidə etmək mümkün olmayıb. Qızların üzərində mobil telefonun olmaması da taleləri barədə məlumat almaq imkanlarını çətinləşdirib.
Qeyd edək ki, itkin düşən Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisədən əvvəl bacısı qızının övladına telefon verdiyini və bu məsələnin üstünün açıldığını deyib. O, qızların ailədaxili münaqişədən qorxaraq qaça biləcəyini ehtimal edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO