Qusarda “Aprel döyüşləri”nin şəhidi ANILDI - FOTO

Qusarda “Aprel döyüşləri”nin şəhidi ANILDI - FOTO

Hazırda oxunan: Qusarda “Aprel döyüşləri”nin şəhidi ANILDI - FOTO
242096
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Qusar rayonunun Cağarqışlaq kənd tam orta məktəbində “Mübarizə və vətənpərvərlik ruhunun qələbəsi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Tədbirdə aprel döyüşlərinin şəhidi Əmiraslan Xeyirbəyovun atası Xəlil Xeyirbəyov Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşı Mehman Məmmədov, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər. Atası Əmiraslanla bağlı xatirələrini dilə gətirib.


Tədbirdə çıxış edən natiqlər “Aprel döyüşləri”nin əhəmiyyətindən, Vətən oğullarının müqəddəs torpaqlarımız uğrunda göstərdikləri şücaətlərdən danışıb, Qusardan olan “Aprel döyüşləri” şəhidi Əmiraslan Xehirbəyovun qəhrəmanlıq şücaəti barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Qeyd olunub ki, qazanılan parlaq qələbə uğurlu daxili və xarici siyasətin, Silahlı Qüvvələrimizin peşəkarlığının, Xalq və Ordunun monolit birliyinin nəticəsində mümkün olub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qusarda “Aprel döyüşləri”nin şəhidi ANILDI - FOTO - foto 1
Qusarda “Aprel döyüşləri”nin şəhidi ANILDI - FOTO - foto 2
Qusarda “Aprel döyüşləri”nin şəhidi ANILDI - FOTO - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO