Razi Nurullayev: “Tikinti ilə bağlı qaydalar sadələşdirilməlidir”

Razi Nurullayev: “Tikinti ilə bağlı qaydalar sadələşdirilməlidir”

Hazırda oxunan: Razi Nurullayev: “Tikinti ilə bağlı qaydalar sadələşdirilməlidir”
239319
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bütövlükdə azad olunmuş əraziləri çıxmaq şərtilə Azərbaycanın bütün ərazisi üzrə tikinti sahəsində ciddi çətinliklər var. Qanunlar və qaydaların daha da sadələşməsinə, tələb olunan prosedurların yüngülləşməsinə, tikinti icazələrinə tələb olunan zamanın bir neçə dəfə azaldılmasına ehtiyac var”. 

Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Razi Nurullayev Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, bu gün əmlak bazarında olan qiymətlər xalqımızın qazancı ilə tərsmütənasibdir:

“Bu sahədə aparılan islahatlar on minlərlə yeni iş yerlərinin yaradılmasına imkan verər, əmlak bazarında qiymətlərin artmasının qarşısını alardı”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO