Pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarətlər alan azyaşlının SON DURUMU

Pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarətlər alan azyaşlının SON DURUMU

Hazırda oxunan: Pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarətlər alan azyaşlının SON DURUMU
228013
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Cəlilabadda 7 yaşlı uşaq pirotexniki vasitənin partlaması nəticəsində ağır xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin tibbi yardımdan sonra uşaq müalicə almaq üçün Bakıda yerləşən Yanıq Mərkəzinə göndərilib. 

Xatırladaq ki, sözügedən hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb. Belə ki, bayram atəşfəşanlığı keçirilən məhəllədə  kustar üsulla hazırlanmış pirotexniki vasitənin partlaması nəticəsində 7 yaşlı Ş.A. müxtəlif yanıq xəsarətləri alıb. 

Azyaşlı dərhal rayon xəstəxanasına çatdırılıb və ona üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO