İsveç eksperti Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsi haqda: Atəşə tutulub

İsveç eksperti Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsi haqda: Atəşə tutulub

Hazırda oxunan: İsveç eksperti Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsi haqda: Atəşə tutulub
227591
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gündəlik “Göteborgs-Posten” qəzetində isveçli aviasiya eksperti Yan Olssonun müsahibəsi dərc edilib, burada o, “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı fikirlərini bildirir.

Bizim.Media xəbər verir ki, Yan Olsson milli “TT” agentliyinə verdiyi müsahibəsində vurğulayıb ki, gövdədəki dəliklər təyyarənin atəşə tutulduğundan xəbər verir.

“Təyyarə atəşə tutulub, bu, tamamilə açıq-aydındır”, - deyə o bildirib.

İsveçli ekspert qəzaya Rusiyanın hava hücumundan müdafiəsinin səbəb olduğunu iddia edir.

“Gövdədəki dəliklərə, çox güman ki, zenit raketi səbəb olub, çünki onlar içəriyə doğru əyilib və bu, xarici təsirə işarə edir”, - deyə Yan Olsson izah edib.
 

Ekspertin fikrincə, hidravlik sistem zədələnə bilərdi, bu da təyyarənin idarəetməsinin itirilməsinə gətirib çıxarıb.


“Şəkillərdə görünür ki, bir yerdə zərbə olub və lyuk tamamilə açıqdır. Yəqin ki, bütün hidravlik maye itirilib”, - deyə o dəqiqləşdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO