DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Hazırda oxunan: DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
227249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakının Suraxanı rayonu, Cəlilabad və Lənkəran şəhərinin bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Bu barədə Bizim.Media-ya “Azərişıq” ASC-dən məlumat verilib. 

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Zığ qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar dekabrın 27-də elektrik xətləri sifarişə əsasən açılacaq. 

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. 

Bundan başqa, Cənub RETSİ-yə daxil olan bir sıra rayonlarda təmir işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq. 
 

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Cəlilabad Elektrik Şəbəkəsində (EŞ) Göytəpə şəhər inzibati ərazi dairəsi, Muğan, Ağdaş, Privolnoye, Komanlı kəndləri, saat 10:00-dan saat 11:00-dək Lənkəran Elektrik Şəbəkəsində 1-ci və 2-ci mikrorayonlarda, Kiçik bazar, Raypo, Səttərxan, Azad Mirzəyev, Hənifə Abdullayev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO