Lənkəranda velosipedçi qəzada həyatını itirdi – FOTO

Lənkəranda velosipedçi qəzada həyatını itirdi – FOTO

Hazırda oxunan: Lənkəranda velosipedçi qəzada həyatını itirdi – FOTO
225540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lənkəran-Boradigah-Masallı magistral yolunun Girdəni kəndi ərazisində "Mercedes" markalı minik avtomobilinin sürücüsü velosipedçini vurub.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən, yolda həyatını itirib.

Mərhumun cəsədi daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın Cənub bürosuna verilən məlumata görə, Ş.Səmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə 43 yaşlı Murad Quliyevi velosipedlə hərəkətdə olarkən vurub. M.Quliyev aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda velosipedçi qəzada həyatını itirdi – FOTO - foto 1
Lənkəranda velosipedçi qəzada həyatını itirdi – FOTO - foto 2
Lənkəranda velosipedçi qəzada həyatını itirdi – FOTO - foto 3
Lənkəranda velosipedçi qəzada həyatını itirdi – FOTO - foto 4
Lənkəranda velosipedçi qəzada həyatını itirdi – FOTO - foto 5

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO