Qaxda qəza oldu, sürücü xəsarət aldı - FOTO

Qaxda qəza oldu, sürücü xəsarət aldı - FOTO

Hazırda oxunan: Qaxda qəza oldu, sürücü xəsarət aldı - FOTO

223937

Qaxda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax şəhər sakini, 42 yaşlı Ramin Mustafayev "Wolkswagen" markalı minik avtomobilində idarəetməni itirib.
 

Nəticədə sürət həddini aşan nəqliyyat vasitəsi yolun əks istiqamətinə çıxaraq, qarşı tərəfdəki divara çırpılıb və əzilib.


Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım briqadasının köməyi ilə Rayon Mərkəzi Xəstəxansına çatdırılıb.

Yaralı sürücüyə ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi davam etdirilir.

Qax rayon Polis Şöbəsində baş vermiş qəzanın təfərrüatları araşdırılır.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO