Bölmələrimiz şərti düşmənin hədəflərini məhv etdi – VİDEO

Bölmələrimiz şərti düşmənin hədəflərini məhv etdi – VİDEO

Hazırda oxunan: Bölmələrimiz şərti düşmənin hədəflərini məhv etdi – VİDEO

223893

Əlahiddə Ümumqoşun Ordunun 2024-cü il üçün hazırlıq planına uyğun olaraq komanda-qərargah təlimi keçirilib, şərti düşmənin planlı və plandankənar hədəfləri məhv edilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində idarəetmə bacarıqları yoxlanılıb.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə raket və artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini atəşlə məhv ediblər. Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO