Gəncədə taksi sürücüsünün bıçaqlanması faktı ilə bağlı bəzi detallar açıqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Natavan 2" yaşayış massivi adlanan ərazisində baş verib.
İki taksi sürücüsünün arasında düşən mübahisə sonda qanla nəticələnib. Belə ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Azər İsgəndərov digər taksi sürücüsü 1991-ci il təvəllüdlü C.Həsənovla dava edib və nəticədə ona kəsici deşici alətlə bədən xasarətləri yetirib.
Zərərçəkən xəstəxanaya çatdırılıb. O dərhal əməlliyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A. İskəndərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:12 / 05.12.2024
Gəncədə taksi sürücüsünün bıçaqlanmasının bəzi DETALLARI
Hazırda oxunan: Gəncədə taksi sürücüsünün bıçaqlanmasının bəzi DETALLARI
Hazırda oxunan: Gəncədə taksi sürücüsünün bıçaqlanmasının bəzi DETALLARI
223793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.