Ağdaşın icra başçısı təyin olunan Orxan Hüseynzadə kimdir? – DOSYE

Ağdaşın icra başçısı təyin olunan Orxan Hüseynzadə kimdir? – DOSYE

Hazırda oxunan: Ağdaşın icra başçısı təyin olunan Orxan Hüseynzadə kimdir? – DOSYE
218805
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bizim.Media yeni icra başçısının dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Orxan Hüseynzadə Ağdaşa icra başçısı təyin edildi - SƏRƏNCAM


Orxan Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2012-2018-ci illər ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif vəzifələrdə işləyib.

2018-ci ildə  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında çalışıb.

2018-ci ildən hal-hazıradək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışıb. Ölkə başşısının 1 noyabr 2024-cü il tarixli sərəncamı ilə Orxan Hüseynzadə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO