Masazırda 58 yaşlı qadın avtobusun altında qaldı

Masazırda 58 yaşlı qadın avtobusun altında qaldı

Hazırda oxunan: Masazırda 58 yaşlı qadın avtobusun altında qaldı
194612
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gecə Abşeron rayonu Masazır qəsəbəsində ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, Əliağa Vahid küçəsindən “Qurtuluş 93” yaşayış massivi istiqamətində hərəkətdə olan 525 saylı xətt üzrə “Daewoo” markalı marşrut avtobusu piyadanı vurub.

İzmail Ramazanovun idarə etdiyi avtobusun altında qalan qadın ağır xəsarətlərlə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalardan sonra ölən qadının 1966-cı il təvəllüdlü Reyhan Boran qızı İmanova olduğu müəyyən edilib.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO