Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO  

Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO  

Hazırda oxunan: Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO  

189127

Xəbər verdiyimiz kimi, ötən gün erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan və işğaldan azad olduqdan sonra tamamilə yenilənən Ağdam Cümə məscidinin açılışı olub. Açılışa Azərbaycan Prezidenti İlham Əliyev qırğızıstanlı həmkarı Sadır Japarovla birgə qatılıb. 

Dünən baş tutan tarixi hadisənin fonunda hər kəs 4 il öncə Prezident İlham Əliyevin dağıdılmış məscidin qarşısındakı çıxışını xatırlayıb. 

Ali Baş Komandan həmin vaxt erməni separatçılara səslənərək Ağdam məscidinə qalib kimi gəldiyini bildirmişdi: 

“Bax mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?!” 

Bizim.Media “qafqazinfo.az”a istinadən bu məqamda Ali Baş Komandanın 4 il əvvəlki çıxışını və məscidin hazırkı görüntülərini təqdim edir: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO