Azərbaycanda taksi üçün ən populyar avtomobillər - REYTİNQ

Azərbaycanda taksi üçün ən populyar avtomobillər - REYTİNQ

Hazırda oxunan: Azərbaycanda taksi üçün ən populyar avtomobillər - REYTİNQ

183525

Martın 22-də Beynəlxalq Taksi Sürücüləri Günü qeyd olunur.

Bayramın tarixi 1907-ci il martın 22-nə təsadüf edir. Belə ki, məhz həmin gün Böyük Britaniyada yola taksometr quraşdırılmış ilk maşın çıxıb. Elə bu səbəbdən də həmin tarix taksi sürücüsü işinin başlanğıcı kimi qeyd olunub.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, taksi şirkətlərindən biri bu bayram münasibətilə sürücülərin hansı markalara üstünlük verdiyini analiz edib və ən populyar maşınların reytinqini hazırlayıb.  

Məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən sürücülər kompakt avtomobillərə üstünlük verirlər. Odur ki, liderlik zirvəsinə “Opel Astra” və “Toyota Prius” yüksəlib. Taksi sürücülərinin ən sevimli avtomobilləri arasında “Mercedes C-class” modeli ilk üçlüyü tamamlayıb. Sürücülərin 10%-i lüks avtomobillərə üstünlük veriblər. 

Digər populyar avtomobillərin tam reytinqi bu cürdür:

“Opel Astra” - 13%;

“Toyota Prius” - 12%;

“Mercedes C-class” -  5%;

“KIA Rio” - 4%;

“Mercedes E-class” - 3%;

“Toyota Corolla” - 3%;

“KIA Ceed” - 2%;

“Chevrolet Cruze” - 2%.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO