Laçın rayonunda işğaldan sonra ilk buraxılış imtahanı keçirilib - FOTO

Laçın rayonunda işğaldan sonra ilk buraxılış imtahanı keçirilib - FOTO

Hazırda oxunan: Laçın rayonunda işğaldan sonra ilk buraxılış imtahanı keçirilib - FOTO

181933

Martın 10-da Dövlət İmtahan Mərkəzinin Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəblərində buraxılış imtahanı keçirib. Bu, işğaldan azad olunmuş Laçın rayonunda təşkil edilən ilk imtahandır.

Bizim.Media xəbər verir ki, Laçın şəhərindəki 2 nömrəli tam orta məktəbdə şagirdlərin rahat şəkildə imtahan vermələri üçün zəruri şərait yaradılıb. 

İmtahan rəhbəri Elçin Süleymanov AZƏRTAC-a bildirib ki, 4 şagirdin iştirak etdiyi imtahan hər yerdə olduğu kimi, saat 11.00-da başlayıb və 3 saat davam edib. İmtahanlar mövcud təlimata uyğun keçirilib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.

Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.

Lamiyə Nəcəfli Laçında təşkil edilən ilk buraxılış imtahanında iştirak etdiyi üçün fəxr etdiyini bildirib:

“Bu gün ilk dəfə olaraq doğma yurdumuzda imtahan keçirildi. Bizim üçün fəxrvericidir ki, öz torpaqlarımızda imtahan verdik. İmtahan yaxşı keçdi. Həyəcanlanmadım, çox rahat oldu”.

Buraxılış imtahanı Zabux kənd tam orta məktəbində də uğurla başa çatıb.








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO