Xocalıda arxeoloji park yaradılacaq – FOTO  

Xocalıda arxeoloji park yaradılacaq – FOTO  

Hazırda oxunan: Xocalıda arxeoloji park yaradılacaq – FOTO  
179891
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xocalıda Azərbaycan xalqının tarixi keçmişini əks etdirən və erməni işğalı zamanı ağır zərbələrə məruz qalmış abidələr eramızdan əvvəl II minilliyin ikinci yarısı - I minilliyin əvvəllərində bu ərazinin böyük yaşayış məskəni olmasından xəbər verir. Əsasən “Böyük Kurqan” çölündə yerləşən Xocalı nekropolunun sahəsi 200 hektardır. İki zirvəsi olan “Haçatəpə kurqanı”nın diametri 300 metrdir. Qədim yaddaşı silmək məqsədilə ermənilərin dağıdıb gizlətməyə cəhd etdikləri abidələrin tədqiqi və bərpası tarix elmində yeni səhifə açacaq. Xocalının üç min ildən artıq bir dövrü əhatə edən abidələr kompleksi təkcə Azərbaycanın deyil, Qafqazın və Türk dünyasının maddi-mədəni irsinin araşdırılması baxımından da əhəmiyyətlidir. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları ərazidə ilkin tədqiqat işlərinə başlayıblar.

Əraziyə baxış keçirilib, arxeoloji abidələrin mövcud durumu öyrənilib. Mütəxəssislərin fikrincə, yeni araşdırmalar Qarabağın tarixinə dair qiymətli tarixi faktları aşkara çıxaracaq. 

Xocalıda “Bakı Abadlıq Xidməti”nin tikinti-quruculuq işləri zamanı, ərazidə olan kurqan tipli qəbir abidələrin tanıdılması və ictimailəşdirilməsi də nəzərdə tutulub. Müasir şəhər kimi dirçələcək Xocalıda unikal arxeoloji parkın təşkili turizmin inkişafına xidmət edəcək. Qədim abidələri ziyarət edən turistlər həm də yeni tarixin amansız faktı olan Xocalı soyqırımı barədə məlumat alacaqlar. 

Açıq hava altında muzey kimi fəaliyyət göstərəcək Xocalı arxeoloji parkı yeni formatda təqdim ediləcək, eyni zamanda, Qarabağın zəngin tarixi keçmişinin, maddi-mədəni irsinin təbliği və tanıdılması işində ən böyük layihə olacaq.
Arxeoloji park sübut edəcək ki, Xocalı təkcə yeni inzibati ərazi deyil, tarixi min illərə söykənən qədim yaşayış məskənidir. 

Xocalıda arxeoloji park yaradılacaq – FOTO   - foto 1
Xocalıda arxeoloji park yaradılacaq – FOTO   - foto 2
Xocalıda arxeoloji park yaradılacaq – FOTO   - foto 3
Xocalıda arxeoloji park yaradılacaq – FOTO   - foto 4
Xocalıda arxeoloji park yaradılacaq – FOTO   - foto 5
Xocalıda arxeoloji park yaradılacaq – FOTO   - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO