Ata olacaq şəxslərin diqqətinə - “Sizin də ödənişli məzuniyyətiniz olacaq”

Ata olacaq şəxslərin diqqətinə - “Sizin də ödənişli məzuniyyətiniz olacaq”

Hazırda oxunan: Ata olacaq şəxslərin diqqətinə - “Sizin də ödənişli məzuniyyətiniz olacaq”
17635
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşəgötürən təqvim ilində həyat yoldaşı hamiləlik və ya doğuşla bağlı məzuniyyətdə olan işçinin ərizəsi əsasında ona bir dəfə 14 və ya ailə, məişət və digər sosial məsələlərin həlli üçün 7 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verilə bilər. 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Əmək Məcəlləsinə dəyişiklik edilir


​​​​​​​Bildirilib ki, Əmək Məcəlləsinə dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapır. 

Təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməklə, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir. 

Layihə qəbul olunsa, artıq ata olmağa namizəd olan şəxslər ödənişsiz deyil, ödənişli məzuniyyət hüququ əldə edəcəklər.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO