
- A-
- A
- A+
Cəmiyyət
21:59 / 01.02.2024
1 dəq oxunma
Cəlilabadda dördotaqlı ev yanıb
Hazırda oxunan: Cəlilabadda dördotaqlı ev yanıb
176178
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Cəlilabad rayonunun Soyuqbulaq kəndində evdə yanğın baş verib.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə 1991-ci il təvəllüdlü Kamran Əsədullayevə məxsus, ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin və Göytəpə Şəhər Yanğından Mühafizə Bölməsinin əməkdaşları və texnikası cəlb edilsə də, ev tamamilə yanaraq kül olub.
Məlumata görə, ev sahibləri evdə olmadığından yanğından gec xəbər tutublar. Sözügedən dağlıq kənd Cəlilabadın mərkəzindən 24 kilometr uzaqlıqda yerləşir. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































