ANAMA Füzuliyə köçən sakinlərə mina ilə bağlı təlim keçib - FOTO

ANAMA Füzuliyə köçən sakinlərə mina ilə bağlı təlim keçib - FOTO

Hazırda oxunan: ANAMA Füzuliyə köçən sakinlərə mina ilə bağlı təlim keçib - FOTO

174650

Füzuli şəhərinə növbəti mərhələdə köç edən sakinlərə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.

ANAMA-dan Bizim.Media-ya bildiriblər ki, təlimlərdə sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri, xəbərdarlıq nişanları barədə məlumat verilib, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa dair çağırışlar edilib.

Agentlik nümayəndələri tərəfindən sakinlərə müxtəlif növ xəbərdaredici və maarifləndirici çap materialları paylanılıb.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO