Gecə atılan fişənglər Bakının bu ərazilərini İŞIQSIZ QOYDU – FOTO 

Gecə atılan fişənglər Bakının bu ərazilərini İŞIQSIZ QOYDU – FOTO 

Hazırda oxunan: Gecə atılan fişənglər Bakının bu ərazilərini İŞIQSIZ QOYDU – FOTO 
171650
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərişıq” ASC-yə məxsus yarımstansiyanın transformatorunun qoruyucusu və 5 müxtəlif ərazini elektrik enerjisi ilə təchiz edən 35 kV-luq əsas xətt, həmçinin 6 kV-luq yeraltı kabellərin zədələnməsi nəticəsində Abşeron və Binəqədi rayonunlarının bir hissəsinin elektrik enerji təchizatı dayandırılıb.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu, vətəndaşların atdığı fişəng nəticəsində baş verib.

Bu səbəbdən 31 dekabr saat 23:55-dən etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrində elektrik enerjisi təchizatı dayanıb.
“Azərişıq” ASC-dən bildirilib ki, hadisədən dərhal sonra əraziyə təmir-bərpa briqadası göndərilib: 

“Qeyd edilən ərazilərdən 199 saylı çağrı mərkəzinə daxil olan zənglər əsasında əraziyə dərhal təmir-bərpa briqadası göndərilib. Gecə boyu və səhər saatlarında görülən işlər nəticəsində artıq 3 xəttin fəaliyyəti bərpa edilib. Yaxın saatlarda digər ərazilərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Gecə atılan fişənglər Bakının bu ərazilərini İŞIQSIZ QOYDU – FOTO  - foto 1
Gecə atılan fişənglər Bakının bu ərazilərini İŞIQSIZ QOYDU – FOTO  - foto 2
Gecə atılan fişənglər Bakının bu ərazilərini İŞIQSIZ QOYDU – FOTO  - foto 3
Gecə atılan fişənglər Bakının bu ərazilərini İŞIQSIZ QOYDU – FOTO  - foto 4
Gecə atılan fişənglər Bakının bu ərazilərini İŞIQSIZ QOYDU – FOTO  - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO