ETSN güclü küləklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİB

ETSN güclü küləklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİB

Hazırda oxunan: ETSN güclü küləklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİB
166401
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq”.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

"Bu gün əsən güclü küləyin təsirindən təəssüf ki, 3 nəfər müxtəlif şəraitdə xəsarət alıb. Bu xəbər, vətəndaşlarımıza güclü küləkli hava şəraiti barədə daha bir xatırlatma etməyimizə əsas yaratdı.

Hava haqqında verilən xəbərdarlıq xarakterli məlumatlarda əhaliyə tövsiyələr çatdırılsa da, bir daha riayət olunmalı mühüm təhlükəsizlik tədbirlərini xatırladırıq:

İlk növbədə, uşaqları küləkli havada nəzarətsiz buraxmaq qəti tövsiyə olunmur. Nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın.

Güclü külək hətta sağlam, irigövdəli ağacların aşmasına, budaqlarının sınmasına səbəb ola bilər.

Bəli, Bakı küləklər şəhəridir, küləkli hava şəraitinə bir növ adət etmişik. Amma belə güclü külək şəraitində insanların sağlamlığına və əmlakına zərər dəyməsi ehtimalı var. Məhz bu səbəbdən, güclü külək zamanı öncədən xəbərdarlıqlar verilir, əhaliyə diqqətli olmağa çağırışlar edilir.
Odur ki, özünüzü qoruyun, güclü külək zamanı küçədə tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmayın, piyada uzun yol qət etməyin. Təhlükələrdən qorunmaq üçün ehtiyatlı olub, qabaqlayıcı təhlükəsizlik tədbirlərinə əməl etmək olduqca vacibdir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO