Bakıda arvadını öldürən kişiyə həbs cəzası VERİLMƏDİ  

Bakıda arvadını öldürən kişiyə həbs cəzası VERİLMƏDİ  

Hazırda oxunan: Bakıda arvadını öldürən kişiyə həbs cəzası VERİLMƏDİ  
162617
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən İlham Həşimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov çıxış edib. 

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində təkrar psixoloji ekspertiza keçirilməsini istəyib. 

Məhkəmənin qərarına əsasən İ.Həşimov ixtisaslaşdırılmış psixiatriya müəssisəsində məcburi stasionar müalicə edilməlidir. 
Belə ki, o, cinayət məsuliyyətindən və cəzadan azad olunub. 

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Xətai rayonunda qeydə alınıb. 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək 1966-cı il təvəllüdlü Rəhimə Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İ.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub. 

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO